Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Haker 50 milyondan çox domenin fəaliyyəti üçün təhlükə yaradıb


“Anonymous” haker qruplaşmasının iştirakçılarından biri dünyanın ən böyük internet-registratoru olan “GoDaddy”-nin saytını “sındırıb”. Bu barədə “Anonymous” öz “Twitter” mikrobloqunda bildirib.

“ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, “Anonymous” haker qruplaşmasının “Own3r” ləqəbli iştirakçısı “Twitter”-də mesaj yazdıqdan sonra kiberhücum haqqında məlum olub. O, bütün məsuliyyəti öz üzərinə götürüb. O qeyd edib ki, kiberhücum “Anonymous” qruplaşması tərəfindən deyil, yalnız onun tərəfindən həyata keçirilib.

“Own3r” ləqəbli iştirakçı bildirib ki, o, saytı onun kiberhücumlara qarşı müdafiə sistemini yoxlamaq üçün “sındırıb”. Həm də bildirib ki, bəzi deyilməsi mümkün olmayan səbəblər də var.
“DDoS” hücum nəticəsində “GoDaddy”-nin xidmət göstərdiyi saytlar deaktiv olub. Şirkətin nümayəndəsi bildirib ki, deaktiv olmuş saytların sayı hələ ki dəqiq bilinmir.

Qeyd edək ki, 1997-ci ildə yaradılmış “GoDaddy” dünyada ən böyük internet-registratordur. Onun nəzarətində 50 milyondan çox domen var. Şirkətin 9.8 milyondan çox müştərisi var.
 
EMİL





11/09/12    Çap et