Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Philips” şirkəti 2200 insanı işdən azad edəcək
Hollandiyanın “Royal Philips Electronics” şirkəti əməliyyat xərclərini azaltmaq üçün səylərini gücləndirməklə bağlı qərar qəbul edib. Firma 2200 əməkdaşını işdən azad etməyi planlaşdırır. Bu addım əlavə olaraq təxminən 300 milyon avroya qənaət etməyə imkan verəcək.
“ICTnews.az” elektron xəbər xidməti “vesti.ru” saytına istinadən bildirir ki, atılacaq bu addım tibbi avadanlığın hazırlanması üzrə bölmənin, şəbəkə avadanlığının hazırlanması və yaradılması üzrə şöbənin ziyanlılığı ilə bağlıdır.
Ümumilikdə elan edilmiş tədbirlər korporasiyanın xərclərini 2014-cü ilədək 1.1 milyard dollaradək azaldacaq.
“Bloomberg” informasiya agentliyinin verdiyi məlumata əsasən, planetin ən zəngin insanlarından biri olan Uorenn Baffett şirkətin qarşıya qoyduğu məqsədlərə nail olacağını hesab edir. O, 2012-ci ilin ikinci rübündə öz portfelində “Phillips”-in səhmlərinin sayını 27 milyon artırıb.
EMİL
11/09/12 Çap et