Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Məlumat təhlükəsizliyi ” mövzusunda seminar keçirilib
Bu gün Bakıda “Azərbaycan Elektronikası” (AZEL) və ABŞ-ın “Symantec Corporation” şirkətinin təşkilatçılığı ilə “Məlumat təhlükəsizliyi və “Symantec”in müdafiə strategiyası” mövzusunda seminar keçirilib.
Bank və dövlət təşkilatları nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə “AZEL”-in müşahidə şurasının sədri İqor Yakovenko təmsil etdiyi qurumun “Symantec” korporasiyasının həlləri əsasında həyata keçirdiyi layihələr barədə məlumat verərək bu sahədə əldə olunan təcrübədən danışıb.
Bakıda səfərdə olan “Symantec” şirkətinin təhlükəsizlik strategiyaları üzrə baş proqramçısı Bülent Teksoz “Məlumat təhlükəsizliyinə qarşı təhlükələr barədə xülasə: “Symantec” hesabatları, korporativ müştəriləri müdafiə strategiyası və tövsiyələr” mövzusunda məruzə edib. ABŞ-ın kompyuter proqramları üzrə aparıcı şirkəti “Symantec”in tətbiqi proqramları və xidmətləri barədə məlumat verən B.Teksoz məlumat təhlükəsizliyi sisteminin Azərbaycanda tətbiqinin əhəmiyyətini vurğulayıb.
Qazaxıstan, Orta Asiya üzrə regional menecer Aleksandr Yakunin Cənubi Qafqazda, Mərkəzi Asiyada “Symantec” həllərinin tətbiqi xüsusiyyətlərindən bəhs edib.
RƏVAN
11/09/12 Çap et