Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Microsoft” Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafına dəstək verir


“Microsoft Azərbaycan” şirkəti kiçik və orta sahibkarlara proqram təminatının alınması üçün xüsusi təklif kampaniyasına başlayır.

Bu aydan etibarən, Azərbaycan şirkətləri “Microsoft Office 2010 Standard” və “Microsoft Office 2010 Professional” proqramlarını 25% endirimlə əldə edə bilərlər.

Bu təklif yerli müəssisələrə əmək məhsuldarlığını və investisiyaların rentabelliyini artırmaqda kömək məqsədi daşıyır.

10-100 arası iş yerləri olan müəssisələr üçün “Microsoft Office 2010 Standard” və ya “Microsoft Office 2010 Professional” paketini 25% endirimlə almaq təklifi “Open License” proqramı daxilində 31 oktyabra qədər qüvvədədir.

Bu proqramın şərtlərinə uyğun olaraq, müəssisələr bu məhsulları onların kommersiya versiyalarından xeyli ucuz əldə edə bilirlər.

İlk sifarişini yerləşdirəndən sonra, müştəri iki il ərzində hər hansı, hətta çox kiçik sifarişlərini edərək aldığı korporativ endirimdən yararlana bilər.

Bundan əlavə, “Open License” proqramı hər bir fərdi kompyuter üçün lisenziya açarı kodunun əllə girilməsi əvəzinə vahid təsvir vasitəsilə sadələşdirilmiş quraşdırmanı nəzərdə tutur, habelə mərkəzləşdirilmiş inzibatçılığı və kompyuterlərin idarə edilməsini, lisenziyaların elektron idarəedilməsi vasitəsilə proqram təminatı resurslarının asan mühafizəsini və izlənilməsini təmin edir.

“Microsoft Azərbaycan” şirkətinin hazırkı xüsusi təklifi texniki modernləşməni və yeni proqram təminatına keçidi minimal xərclər bahasına həyata keçirməyə çalışan şirkətlərə yönəlib.

Qeyd edək ki, statistikaya görə, kiçik və orta müəssisələrin 30%-dən çoxu hələ də “Microsoft Office 2003” və ya “Microsoft Office” paketinin daha köhnə versiyalarından istifadə edir.





12/09/12    Çap et