Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Vergi ödəyicilərinin 22,1 faizi elektron xidmətlərlə bağlı müraciət edib


2012-ci ilin avqust ayı ərzində Vergilər Nazirliyinin “195” Telefon Məlumat Xidmətinə 17577  müraciət daxil olub. “ICTnews” elektron xəbər xidmətinin VN-ə istinadən verdiyi məlumata görə, bu müraciətlərin 8355-i müfəttiş-operatorlar tərəfindən canlı rejimdə, 9222-si elektron operator tərəfindən avtomatik rejimdə cavablandırılıb.

Hesabat dövründə vergi ödəyicilərindən daxil olan müraciətlər sırasında elektron xidmətlərlə (22,1%), qeydiyyat  prosesi (16,5%),  vergi növləri (16,5%),  büdcə, vergi ödəyiciləri və vergi orqanlarının rekvizitləri (9,2%), vergi ödəyicilərinə göndərilmiş mesajlar (7,2%), hesabatlar və onların doldurulma qaydaları barədə (4,4%) məlumatların əldə edilməsi ilə bağlı müraciətlər üstünlük təşkil edib.

Hesabat dövründə sual xarakterli müraciətlərin 98,9%-i müfəttiş-operatorlar tərəfindən birbaşa cavablandırılmış, 1,1%-i barədə isə müvafiq araşdırılma aparılması üçün sual vərəqəsi tərtib edilib. 72 müraciət araşdırılması üçün aidiyyəti üzrə göndərilib.

 Avqust ayında Telefon Məlumat Xidməti tərəfindən vergi ödəyicilərinə 23831 SMS göndərilmiş, ikitərəfli SMS xidməti istifadəyə verilib.

CAHANGİR





12/09/12    Çap et