Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Günəş batareyaları ilə işləyən “Elektra One Solar” təyyarəsi təqdim olunub


“İLA-2012” Beynəlxalq aerokosmik sərgisində ilk dəfə olaraq ictimaiyyətə günəş batareyaları ilə işləyən "Elektra One Solar” təyyarəsi təqdim edilib. Günəş enerjisi ilə işləyən uçuş aparatı 6 dəqiqəlik dairəvi uçuş həyata keçirib.

“ICTnews.az” elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, təyyarəni Almaniyanın "PC-Aero" şirkəti hazırlayıb. Günəş batareyaları aparatın qanadında quraşdırılıb.  Onlar nəqliyyat vasitəsinin “qidalanması” üçün elektrik enerjisi yaradırlar. Onun artığı akkumulyatorda toplanır və təyyarə günəş işığı qəbul edə bilməyəndə istifadə olunur.






 
EMİL





12/09/12    Çap et