Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“GoDaddy”: dünənki nasazlıq haker hücumu olmayıb
“GoDaddy” şirkəti bu gün bir çoxları üçün gözlənilməz açıqlama verib: şirkətin minlərlə müştərisinin saytının deaktiv olması ilə nəticələnmiş dünənki nasazlığın səbəbi haker hücumu deyil, avadanlıq olub. Həmçinin şirkətdən bildirilib ki, heç bir müştəri məlumatı saytların fəaliyyətində yaranmış problemlər nəticəsində kənar əllərə keçməyib.
“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, hazırda “GoDaddy” şirkətinin iş fəaliyyəti tam bərpa olunub.
EMİL
12/09/12 Çap et