Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Sony” şirkəti “3D” dəbilqəsini bu yaxınlarda təqdim edəcək
“Sony” şirkəti bu yaxınlarda keçirilmiş “IFA 2012” sərgisində üçölçülü təsvir sahəsində son məhsulunu – “Sony HMZ-T2 3D” dəbilqəsini təqdim etmişdi. Hazırda isə yaponlar qurğunun reliz tarixini və qiymətini elan ediblər.
“ICTnews.az” elektron xəbər xidməti “mobi.ru” saytına istinadən bildirir ki, yenilik satışa oktyabrın 13-də çıxarılacaq və qiyməti təxminən 894 dollar təşkil edəcək. “HMZ-T2” sələfindən çəkisinin azalması, rahat bərkidilmə ilə fərqlənir. Bundan əlavə, dəbilqə 24p texnologiyasını dəstəkləyir, bu isə rəqəmli plyonka videoyazılarına baxış zamanı lazım ola bilər.
EMİL
12/09/12 Çap et