Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Raspberry Pi” əsasında "superkompyuter" yaradılıb


Sauthempton Universitetindən (Böyük Britaniya) olan tədqiqatçılar çoxlu “Raspberry Pi” mini-kompyuterini vahid hesablama sistemi şəklində birləşdiriblər.

Qeyd edək ki, “Raspberry Pi” kompyuteri "A" və “B” versiyalarında  təklif edilir. Hər ikisi 700 MHs takt tezliyində işləyən “ARM” prosessor və 256 MB əməli yaddaşla təchiz edilib. Əməliyyat sistemi, proqramlar və istifadəçi məlumatları “SD” formatlı fləş kartda saxlanıla bilər. "A" modelində 1 ədəd, "B" modelində isə 2 ədəd “USB 2.0” portu var. Qiymətləri müvafiq olaraq 25 və 35 dollar təşkil edir. Kompyuterin ölçüləri 85,6×54,0×17,0 millimetr təşkil edir.

“ICTnews.az” elektron xəbər xidməti “compulenta.ru” saytına istinadən bildirir ki, professor Saymon Koksun rəhbərliyi altında “Raspberry Pi” əsasında yaradılmış "superkompyuter" “Iridis-Pi” adlandırılıb. “Iridis-Pi” sistemi 64 min ədəd “Raspberry Pi” mini-kompyuterini birləşdirir.

“Raspberry Pi” sistem lövhələri “Lego” konstruktoru ilə quraşdırılıb. Qovşaqlar arasında informasiya mübadiləsi üçün “MPI” və “Ethernet” şəbəkə interfeysi tətbiq edilir. “Iridis-Pi” sisteminin yaradılması təxminən 4000 dollara başa gəlib.
 
EMİL





12/09/12    Çap et