Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
İran interneti İslam dəyərlərinə uyğunlaşdırmaq istəyir
İran İslam Respublikası özünün “halal” internetini yaratmaq niyyətindədir. Bu haqda İranın Prezident Dəftərxanasının İqtisadiyyat İdarəsinin rəhbəri Əli Ağa Məhəmmədi bildirib. İslam ənənələrinə uyğun olaraq fəaliyyət göstərəcək şəbəkənin müsəlman ölkələrində adi internetdən istifadə səviyyəsini azaldacağı ehtimal olunur.
Yüksək səlahiyyətli məmurların sözlərinə görə, İslam normalarına riayət ediləcək şəbəkə Qərb təsirilə mübarizə aparmağa və bu ölkələrdə ABŞ kəşflərini sıxışdıraraq sıradan çıxarmağa kömək edəcək. ”Computerworld” jurnalının məlumatına görə, “halal” internetin yaradılmasında başlıca məqsədlərdən biri də fars dilinin beynəlxalq ünsiyyət dili kimi yayılması siyasətinin vüsət almasıdır.
19/07/11 Çap et