Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Apple” şirkəti “iPhone 5” smartfonunu təqdim edib


“Apple” şirkəti dünən “iPhone 5” smartfonunu, həmçinin bir sıra digər yeniliklərini təqdim edib. Yenilikləri şirkətin direktoru Tim Kuk təqdim edib. O, həmçinin bildirib ki, “App Store” kataloqunda “Apple”-ın mobil məhsulları üçün tətbiqlərin sayı 700 mini ötüb. Şirkətin pərakəndə ticarət bazarında da vəziyyəti yaxşıdır: hazırda şirkətin rəsmi mağazaları 12 ölkədə fəaliyyət göstərir. Tim Kukun sözlərinə görə, son rübdə “Apple Store” mağazalarına 83 milyondan çox insan baş çəkib.

“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, yeni “Mac OS X 10.8 Mountain Lion” əməliyyat sisteminin (ƏS) 7 milyon surəti endirilib. Qeyd edək ki, ƏS iyulun sonunda istifadəyə verilib.

“Apple”-ın əsas marketoloqu Filip Şiller bildirib ki, yenilik ən nazik  və smartfonunun indiyə qədər istehsal modelləri arasında böyük ekrana malik olması ilə fərqlənir.

Beləliklə, “iPhone 5” smartfonu 1136x640 təsvir ölçüsü və tərəflərin nisbəti 16:9 olan 4 düymlü Retina ekran, daha güclü “A6” prosessoru ilə təchiz edilib. Çəkisi 112 qramdır (“iPhone 4S” smartfonu ilə müqayisədə 20 faiz yüngüldür). Həmçinin smartfonunun proqram təminatı tamamilə yenilənib.
 
Şillerin sözlərinə görə, “iPhone 5” smartfonunda istifadə edilmiş yeni ekran “iPhone 4S” ilə müqayisədə 33 faiz daha nazikdir, həmçinin daha parlaq və kontrastdır. Nəticədə rəngverilişi daha dəqiqdir. Yeri gəlmişkən, hazırda aparat “SRGB” spesifikasiyasının tam dəstini dəstəkləyir.

“iPhone 5” smartfonunun rabitə imkanlarına gəlincə, yenilik gözlənildiyi kimi “LTE” şəbəkəni məhdud şəkildə dəstəkləyəcək. “LTE” şəbəkənin ABŞ-dan kənarda hər yerdə işləyəcəyinə zəmanət verilməyib. “Apple” şirkətindən verilən məlumata görə,  “LTE” çip Kanadada “Rogers”, “Telus”, “Bell”, “Virgin”, “Fido”, “Koodo”, “Softbank”, Asiyada “KDDI”, “SKT”, “KT”, “Smartphone”, “M1”, “Singtel”, Avropada “Deutschte Telecom”, “Everything Everywhere”, Avstraliyada isə “Telstra”, “Optus”, “Virgin Mobile” şəbəkələrində işləyə bilər.

Smartfon “LTE”-dən savayı, digər rabitə standartları, məsələn “HSPA+” və “DC-HSDPA” dəstəkləyir. Həmçinin qeyd edək ki, “iPhone 5” smartfonunda quraşdırılmış yeni “Wi-Fi” çip iki diapazonludur və yalnız yüklənmiş 2,4 QHs diapazonunda deyil, həmçinin 5 QHs diapazonda işləyir. Tezliklər arasında dəyişmə avtomatik baş verir.
 
“iPhone 5” smartfonu 8 meqapikselli kamera ilə təchiz olunub.Yeni “iPhone 5” smartfonunun qiymətinə gəlincə, ABŞ-da 16 qiqabaytlıq versiya 199 dollara, 32 qiqabaytlıq versiya 299 dollara və 64 qiqabaytlıq versiya 399 dollara satılacaq.

ABŞ-da “iPhone 5” smartfonuna ilkin sifarişlər sentyabrın 14-dən, ilk tədarüklər isə sentyabrın 21-dən başlanacaq.

EMİL





13/09/12    Çap et