Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Bakıda 800 minə yaxın telefon abunəçisi var
Hal-hazırda Bakıda telefon abunəçilərinin sayı 800 minə yaxınlaşır. Bu barədə “ICTnews” elektron xəbər xidmətinə Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin texniki direktoru Rəsul Qurbanov məlumat verib.
Abunəçilərin sayının 1 milyona çatdırılması istiqamətində siyasətin davam etdirildiyini bildirən texniki direktor qeyd edib ki, paytaxtın mərkəzi hissəsinə xidmət edən Xətai Telefon Qovşağının xidmət ərazisində, EATS-412-də 640 portluq ZTE tipli ADSL avadanlığı qurulub.
İşlərin tərkib hissəsi olaraq EATS-411-də 576 portluq “Zuxel” 348 portluq ZTE tipli ADSL avadanlıqla, EATS 440/441-də 640 nömrəlik köhnə buraxılışlı “Huawei” tipli stansiya 3056 nömrəlik NGN tipli stansiya ilə əvəzlənərək ətrafda olan 6 abunəçi şkafı ləğv edilərək rabitə onun üzərinə köçürülüb. Bundan başqa EATS 566/567-də stansiyadan 5 kilometr uzaqlıqda olan şkafların abunəçiləri “Samary-x” tipli 2 ədəd 384 portluq (bütün abunəçilərin ADSL-lə təmin edilmə imkanlığı olan) “ONU” avadanlığının üzərinə köçürülüb.
RƏVAN
13/09/12 Çap et