Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Facebook”un səhmləri 7.7 faiz artıb


“Facebook”un səhmləri “Nasdaq” birjasında 7,7 faiz artıb. “Apple” şirkətinin təqdim etdiyi “iPhone 5” smartfonunun dünyanın ən böyük sosial şəbəkəsi ilə inteqrasiya olunması buna səbəb olub.

“ICTnews.az” elektron xəbər xidməti “ria.ru” saytına istinadən bildirir ki, “Facebook” səhmlərinin qiyməti “iPhone 5” smartfonunun təqdimatı zamanı 21,16 dollaradək artıb. Sosial şəbəkənin səhmləri “Nasdaq”-da ticarət gününün yekunlarına görə 20,93 dollar səviyyəsində bağlanıb. Bu, 1 gün əvvəl ilə müqayisədə 7,73 faiz yuxarıdır.

“Bloomberg” agentliyi tərəfindən soruşulmuş analitiklər hesab edirlər ki, populyar “iPhone” smartfonları ilə inteqrasiya “Facebook”un mobil istiqamətinin inkişafını dəstəkləyəcək.



 
EMİL





13/09/12    Çap et