Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

ABŞ-da polis “Facebook” sayəsində 50 qanqster həbs edib


Nyu-York polisi “Facebook” sosial şəbəkəsi sayəsində 50 qanqster həbs edib.“ICTnews.az” elektron xəbər xidməti “ria.ru” saytına istinadən bildirir ki, polis nümayəndəsi Rey Kellinin sözlərinə görə, “Rockstarz” və “Very Crispy Gangster” (VCG) qruplaşmalarının qanqsterləri sonradan bir-birlərinin ünvanına tərkibi təhqir və təhlükələrdən ibarət müraciət göndərməkdən ötrü bir-birlərini "dostlar" siyahısına əlavə ediblər. "Nailiyyətləri" ilə öyünmək cəhdi isə cinayətkarları ələ verib.“New York Post” qəzeti yazır ki, həbs edilmiş qanqsterlər 16-23 yaş aralığındadır.







 
EMİL





13/09/12    Çap et