Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Atom prosessorlarında enerjiyə qənaət edən server


“SeaMicro” şirkəti veb-məsələlərin yerinə yetirilməsi üçün optimallaşdırılmış enerjiyə qənaətcil “SM10000-64HD” serverini təqdim edib. Sistemdə 1.66 QHz takt tezlikli 384 ədəd 2 nüvəli “İntel Atom N570” prosessoru birləşdirilib. Çiplərdən hər biri eyni zamanda 4 təlimat axını yerinə yetirə bilər, yayılan istilik enerjisinin (TDP) maksimal qiyməti 8,5 Vatt-a bərabərdir. Standart “x86”-nın (Xeon və ya Opteron kimi) əvəzinə Atom prosessorlarının tətbiqi məhsuldarlığın göstəricisini yaxşılaşdırıb. Həm də o, enerjiyə qənaət edir. “SM10000-64HD” sistemdə əməli yaddaşın maksimal tutumu1,5 TB təşkil edir; 64 sərt diskin quraşdırılması mümkündür. 64 dərəcəli əməliyyat sistemləri dəstəklənir. Artıq “SM10000-64HD” serverinin satışlarına başlanıb. Baza konfiqurasiyasının qiyməti 237 min dollar təşkil edir.


hard.compulenta.ru




19/07/11    Çap et