Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Ebay” internet-şirkəti loqosunu dəyişib


“Ebay” internet-şirkəti loqosunu dəyişib. Şirkətdən verilən məlumata görə, əvvəlki loqo 17 il müddətində istifadə olunub, lakin hazırkı loqo şirkətin müasir üslubunu daha dəqiq əks etdirir.

“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, loqonın əsası olan yazı qırmızı, göy, sarı və yaşıl rənglərdə tərtib olunub. Lakin şrift bir qədər dəyişərək daha müasir əks olunub.
Şirkətin yeni loqoya oktyabrın ortasında keçəcəyi gözlənilir.








 
EMİL





14/09/12    Çap et