Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
İT məhsulları istehsal edən məşhur zavod intihara sövq edir
Çinin kütləvi informasiya vasitələri (KİV) “Apple” və digər şirkətlərin sifarişi əsasında elektron qurğular yığan “Foxconn” şirkətinin zavodunda daha bir insanın intihar etməsi ilə bağlı məlumat yayıb. Asiya şirkətinin rəsmi bəyanatında bildirilib ki, 22 yaşlı işçi “Foxconn” heyəti üçün nəzərdə tutulmuş yataqxananın yaxınlığında ölü tapılıb.
“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, şirkətdən verilən məlumata əsasən, onlar işçinin intihar təfərrüatları haqqında məlumatı hələlik rəsmi elan etməyəcəklər, lakin bu hadisə ilə əlaqədar polislə qarşılıqlı əlaqədə fəaliyyət göstərəcəklərini əlavə ediblər. Anonim mənbələrə istinadən yerli mətbuat bildirib ki, işçi özünü doqquzuncu mərtəbədən tullayıb.
Rəsmi olaraq həm polis, həm də “Foxconn” bildirir ki, onlar hazırda intiharın səbəbini araşdırırlar. Qeyd edək ki, 2010-cu ildə “Foxconn” şirkətinin zavodlarında intihar halları çoxalmışdı. Bundan sonra “Apple” şirkəti Çində işçilərin əmək şəraitini yoxlayacağını bəyan etmişdi.
EMİL
14/09/12 Çap et