Hakerlər Britaniyanın tanınmış media maqnatını "dəfn ediblər"
“Lulz Sec” qrupundan olan hakerlər “The Sun” Britaniya tabloidinin saytını qırıblar və orda “News Corporation” şirkətinin sahibi Rupert Merdokun ölümü haqqında informasiya yerləşdiriblər. İyul ayının 19-da, tabloidin əsas səhifəsində 80 yaşlı Merdokun cəsədinin onun bağında tapılması haqqında məlumat çıxıb. Media maqnatı guya palladiumla zəhərlənib. Tabloid tezliklə "xəbəri" saytdan silib. Ancaq bundan sonra saytın ziyarətçiləri avtomatik olaraq “Twitter”də haker qruplaşmasının səhifəsinə yönləndiriliblər.
Hakerlər, həmçinin “News Corporation”nun bölməsi olan “News İnternational” şirkətinin saytına təşkil etdikləri uğurlu hücum haqqında məlumat verib. Bundan başqa, Merdoka aid olan “The Times” saytına da hücum edilib. Rupert Merdok və onun korporasiyası son aylar telefonlarının dinlənməsi ilə əlaqədar ictimaiyyətin diqqət mərkəzindədir. Dinləmələri “News Corporation” şirkətinə aid “News of the World” qəzetinin həyata keçirdiyi bildirilir. Merdok tabloidi bağlamaq qərarı qəbul edib. Hazırda nəşr barəsində araşdırma aparılır. Artıq 10 insan həbs edilib.
lenta.ru