Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Motorola” smartfonlarının Almaniyada satışlarına qadağa qoyuldu
“Apple” şirkəti Almaniya ərazisində “Motorola”nın bir sıra planşet və smartfonlarına qadağa qoyulmasına nail ola bilib. Məhkəmə qərara alıb ki, bu qurğuların yaradılması zamanı “Apple”-ın sensor ekranlarda sənədlərin böyüdülməsi və sürüşdürülməsi üsullarına aid olan patenti pozulub.
“ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, “Motorola“ şirkətinə ya bu məhsulların satışını dayandırmaq, ya da ki proqram təminatını yeniləmək təklif olunub.“Motorola” isə öz növbəsində “Apple” şirkətini onun patentlərini pozmaqda ittiham edib.
EMİL
14/09/12 Çap et