Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda daha bir telekommunikasiya şirkəti internet tariflərini azaldıb


Azərbaycanda internet xidmətlərindən istifadə qiymətlərinin endirilməsi prosesi davam edir. Belə ki, növbəti olaraq istifadəçilərin sürətli internetə daha yaxın olmaları və daha səmərəli tariflərdən yararlanması məqsədilə “AvirTel” MMC internet xidmətlərinin qiymətlərinin aşağı salındığını elan edib.

“ICTnews” elektron xəbər xidmətinin “AvirTel”ə istinadən verdiyi məlumata görə, hazırda şirkətin təqdim etdiyi Standart ADSL tarif paketi üzrə internetin dəyəri kanal sürətindən asılı olaraq 15 manatdan (2Mbit/s) 100 manatadək (16Mbit/s) təşkil edir.

Xatırladaq ki, artıq dövlət internet provayderləri “Bakinter.net” və “Aztelekom.net” ilə yanaşı, “AzEvroTel”, “DataPlus”, “Azeronline”,  “AzStarNet” və “Superonline” genişzolaqlı internetə çıxış qiymətini endirib.






CAHANGİR





14/09/12    Çap et