Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Dilmanc”ın mətnin səsləndirilməsi sisteminə yeni funksiya əlavə edilib


“Dilmanc” layihəsinin mətnin səsləndirilməsi sisteminin yeni versiyası artıq işə salınıb.  “ICTnews” elektron xəbər xidmətinin “dilmanc.az”a istinadən verdiyi məlumata görə, sistemə əlavə olunmuş yeni funksiya istifadəçiyə daxil edilmiş mətnin səsləndirilməsi zamanı səsləndirmə sürətini istədiyi kimi tənzimləməyə imkan verir.

Qeyd edək ki, “Dilmanc”ın mətnin səsləndirilməsi sistemi bu ilin əvvəlində istifadəyə verilib və sistemin yeni  və daha da təkmilləşdirilmiş versiyalarının hazırlanması üzrə işlər davam edir.Bu sistemdən “http://www.dilmanc.az/az/project/tts” internet ünvanına daxil olmaqla istifadə etmək olar.







CAHANGİR





14/09/12    Çap et