Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Bakı Metropolitenində quraşdırılan yeni aparat və proqramlaşma təhlükəsizliyi gücləndirəcək
Bakı Metropolitenində quraşdırılan yeni aparat və proqramlaşma təhlükəsizlik və sərnişinlərə xidmət səviyyəsini artıracaq. “ICTnews” elektron xəbər xidmətinə bu barədə Bakı Metropolitenindən məlumat verilib. Qurumdan bildirilib ki, bu istiqamətdə həyata keçirilmiş irimiqyaslı layihələrdən biri rels qaynaq sahəsidir: “Sahə daim yenilənir və yeni avadanlıqlarla təchiz olunur.
Rels-qaynaq sexində yeniliklərin sonuncusu “Avikon-02” portativ aparatının tətbiqi ilə başlayır. Buna qədər istifadə olunan “Avikon-01 mp” və “Avikon-11” avadanlıqları ehtiyacı tam ödəmirdi. “Avikon-02” portativ aparatında da yenilik edilib. Həm qaynaq sahəsində, həm də yollarda istismar edilən relslər yoxlanılaraq xüsusi proqramlaşma vasitəsilə aktlaşdırılır.
Proqramlaşmaya insan müdaxiləsi qeyri-mümkündür. Müvafiq parametrlər proqrama daxil edilir. Proqrama yoxlama metodu, kökləmə, dərəcələr, vasitə və etalonlar, bir sözlə, 12 göstərici daxil edilir. Yoxlamanın öz normativləri var. Operator seçdiyi üsul və proqrama daxil etdiyi yoxlama tələblərinə görə məsuliyyət daşıyır. Parametrlər daxil edildikdən sonra aparat akt tərtib edir, varsa, qüsurları göstərir”.
HƏQİQƏT
15/09/12 Çap et