Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
"İntel" korporasiyası dünyanı şifrələrdən xilas edəcək
Çox güman ki, yaxın gələcəkdə istifadəçilərin hər gün poçtuna, sosial şəbəkədəki hesabına girməsi üçün daxil etdiyi şifrələrə ehtiyac qalmayacaq. "İntel" korporasiyasının smartfon, planşet və noutbuklar üçün hazırladığı texnologiya şifrə daxil etməyin əvəzinə sadəcə əli qurğunun üzərinə aparmaq lazımdır.
“ICTnews.az” elektron xəbər xidməti “vesti.ru” saytına istinadən bildirir ki, "İntel" xüsusi biometrik datçiklər və müvafiq proqram təminatı hazırlayıb.
Texnologiya insanın ovucunda yerləşən venaların unikal yerləşməsini təyin etməyə imkan verir. "Biz xeyli şifrələrdən istifadə edirik, onlar adətən mürəkkəb seçilir və onları yadda saxlamaq çətindir. Biometrik skan etmə - bu, problemin öhdəsindən gəlmək üçün ən yaxşı üsuldur" - "İntel"in informasiya təhlükəsizliyi sahəsində tədqiqatlar üzrə bölməsinin direktoru Şridxar Ayenqar bildirib.
Ayenqar San-Fransisko şəhərində keçirilən İstehsalçılar Forumunda texnologiyanı jurnalistlərə nümayiş etdirib. O, əlini ekrana toxundurmadan planşetin üzərinə gətirib və qurğu sahibini "tanıyaraq" müxtəlif saytlardakı hesablara avtomatik daxil olub.
EMİL
15/09/12 Çap et