Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

"Motorola" şirkəti "Android" platforması ilə işləyən kompyuter təqdim edib


"Motorola" şirkəti "Android 2.3 Gingerbread" əməliyyat sistemi (ƏS) ilə işləyən stolüstü kompyuter təqdim edib. "HMC3260" modeli 1366×768 nöqtə təsvir ölçüsünə malik 18,5 düymlü sensor ekran, 1 QHs takt tezliyində işləyən "MX53 ARM Cortex A8" prosessoru, 1 QB əməli yaddaş və 4 QB daxili yaddaş ilə təchiz olunub.

"ICTnews.az" elektron xəbər xidməti "tech.onliner.by" saytına istinadən bildirir ki, "Motorola HMC3260" monoblokunun tədarük dəstinə, həmçinin "siçan" və klaviatura daxildir. Yeniliyin satışa çıxarılma tarixi və qiyməti haqqında hələlik informasiya yoxdur.
 






EMİL





15/09/12    Çap et