Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda internet tariflərinin aşağı salınması davam edir


"ULTEL" telekommunikasiya operatoru internet qiymətlərini aşağı salmaqla yeni tarif paketlərinin tətbiqinə başlayıb. Yeni tariflərə əsasən məhdudiyyətsiz ADSL-in dəyəri kanal sürətindən asılı olaraq 15 manatdan (3Mbit/s) 250 manatadək (18Mbit/s), trafik üzrə internetdən  aylıq istifadə haqqı ödənilən trafikin  həcminə görə  9 manatdan (20 GB) 192 manatadək (600 GB)  təşkil edir.

Yeni tarif paketlərinə müvafiq olaraq ADSL internet istifadəçilərin ödədiyi aylıq məbləğə uyğun sürət həftə ərzində artırılacaq.

 İstifadəçilər bir tarif paketindən digərinə 1 oktyabr 2012-ci il tarixindən keçə bilərlər. Bunun üçün cari il, 1 oktyabr tarixinədək “ULTEL”-in Abunə şöbəsinə  müraciət edilməlidir.




CAHANGİR





17/09/12    Çap et