Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda “Facebook” istifadəçilərinin sayı 872 mini ötüb


2012-ci il sentyabrın 14-nə olan məlumata əsasən, Azərbaycanda "Facebook" istifadəçilərinin sayı 872 mini ötüb. Müqayisə üçün bildirək ki, 2012-ci il avqustun 31-də bu göstərici 870 minə bərabər idi.
"ICTnews.az" elektron xəbər xidməti bildirir ki, son 6 ay ərzində Azərbaycanda "Facebook" istifadəçilərinin sayı 90.640  və ya 11.59 faiz, 3 ay ərzində isə  80.040 və ya 10.01 faiz artıb.
Son ay ərzində istifadəçi artımı 18.760 və ya 2.2 faiz təşkil edib.

Son həftə ərzində Azərbaycanda "Facebook" istifadəçilərinin sayı 160 nəfər və ya 0.02 faiz artıb.
Azərbaycan "Facebook" istifadəçilərinin sayı üzrə tərtib edilmiş reytinqdə artıq 84-cü yerdə qərarlaşıb. Müqayisə üçün: iyulda 85-ci, iyunda 86-cı, mayda 87-ci, yanvarda isə 91-ci mövqedə yer almışdı.

Azərbaycan reytinqdə Gürcüstan (85), Qazaxıstan (100), Estoniya (105), Belarus (108), Latviya (110), Ermənistan (113), Moldova (118), Özbəkistan (136), Qırğızıstan (155), Tacikistan (172) və Türkmənistan (202) ölkələrini qabaqlayıb.

Azərbaycanda "Facebook"dan əhalinin 10.51 faizi və ölkənin ümumi internet istifadəçilərinin 23.66 faizi istifadə edir.

Azərbaycanda "Facebook" istifadəçilərinin 49 faizi və ya 427.594  18-24 yaş aralığındadır.
Azərbaycanda "Facebook" pərəstişkarlarının əksəriyyəti (63 faiz) əvvəlki kimi kişilərdir.





 ABŞ (163 milyon) "Facebook" istifadəçilərinin sayına görə əvvəlki kimi liderdir. İkinci yerdə Braziliya (56 milyon), üçüncü yerdə Hindistan (53), dördüncü yerdə Böyük Britaniya (40 milyon), beşinci yerdə isə İndoneziya (39 milyon) qərarlaşıb.
Qeyd edək ki, reytinqdə 213 ölkə təqdim edilib. Ən az "Facebook" istifadəçisi (20 nəfər) Vatikandadır.

EMİL





17/09/12    Çap et