Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Mobil telefonla mikroskoplara ehtiyac olmadan qanın təhlilini aparmaq olacaq


Türkiyənin 34 yaşlı professoru Aydoğan Özcan ixtira etdiyi mobil telefonla gənc yaşında dünyanın ən yaxşı alimləri sırasında özünə yer alıb. "ICTnews.az" elektron xəbər xidmətinin məlumatına görə, qardaş ölkənin professorunun yaratdığı mobil telefon mikroskoplara ehtiyac olmadan qanın təhlilini aparmağa nail olub.

«Anspress.com» xəbər verir ki, Amerika Birləşmiş Ştatlarının "Popular Science" elmi araşdırma və texnologiya jurnalı türkiyəli professor Aydoğan Özcanı dünyanın ən parlaq 10 alimi arasında göstərib. Buna səbəb isə alimin tibb dünyasına verdiyi elmi-texnoloji töhfələr olub.

Belə ki, 34 yaşlı professor Özcan ixtira etdiyi yeni mobil telefonla bir sıra yüksək maliyyətli mikroskoplara ehtiyac olmadan qanın təhlilini aparmağa nail olub. Artıq bir neçə aydır ki, Birləşmiş Ştatların tibb aləmində gündəmdən düşməyən alim ixtirasını öz kiçik laboratoriyasında hazırlayıb. Onun yaratdığı telefon qısa müddət ərzində yüksək həssaslıqla qan təhlili edir və təhlilin cavablarını istənilən ünvana göndərə bilir.


SEYMUR





17/09/12    Çap et