Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
TQDK-dan abituriyentlərə imtahanda tətbiq olunacaq texnoloji yenilik
Azərbaycanda gələn il ali məktəblərin bakalavriat səviyyəsinə qəbul imtahanı verən abituriyentlər üçün yenilik ediləcək.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib ki, gələn ildən başlayaraq abituriyentlər imtahandan dərhal sonra öz cavab kartlarının elektron təsviri ilə tanış ola biləcəklər. O, bunun imtahanda tətbiq olunan texnoloji yeniliklərdən biri olduğunu qeyd edib.Abbaszadə deyib ki, bu yenilik artıq magistratura səviyyəsində tətbiq edilib.
17/09/12 Çap et