Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Adobe” daha “Windows XP” əməliyyat sistemini dəstəkləməyəcək
“Adobe Systems” şirkətinin ən populyar məhsulu olan “Photoshop CS6 (13.0)” onun “Windows XP” əməliyyat sistemi (ƏS) ilə uyğun son versiyası olacaq. Bu barədə şirkətin nümayəndələri rəsmi bloqda məlumat veriblər.
“ICTnews.az” elektron xəbər xidməti “cnews.ru” saytına istinadən bildirir ki, “Photoshop” üçün bütün sonrakı yeni funksiyalar “Windows XP” ƏS-də əlçatan olmayacaq.
“Adobe” şirkəti bu qərarını belə izah edib ki, yeni əməliyyat sistemləri məhsulun yeni imkanlarının reallaşdırılması üçün daha yaxşı məhsuldarlıq təklif edirlər.
EMİL
17/09/12 Çap et