Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda 117 tələbəyə “iPad” verildi


Bakı Ali Neft Məktəbində tədris ilinin ilk günü münasibəti ilə böyük tədbir keçirilib. “ICTnews.az” elektron xəbər xidmətinin məlumatına görə, tədbirdə Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov və partnyor universitet - Böyük Britaniyanın Heriot-Vatt Universitetinin rektoru, professor Stiv Çapman tələbələri təbrik edib, ölkənin təhsil sisteminə dövlət qayğısını və ali məktəbin yaradılması üçün görülən işləri yüksək qiymətləndiriblər. Bundan sonra, ARDNŞ adından Bakı Ali Neft Məktəbinə qəbul olmuş 117 tələbənin hər birinə planşetli kompyuter (iPad) hədiyyə edilib.

Qəbul imtahanlarında 690 bal toplamış Rza Rəhimov tələbələr və valideynlər adından çıxış edərək ölkə rəhbərliyinə təhsil sisteminin inkişafına göstərdiyi diqqət və qayğıya görə minnətdarlığını bildirib.





SEYMUR





17/09/12    Çap et