Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycanda “Phililps” mobil telefonlarının alıcıları çoxalıb
“Caspian Mobile” şirkəti mobil telefon bazarında öz yeniliklərini davam etdirir. Bu barədə şirkətdən verilən məlumatda bildirilir. Məlumatda qeyd edilir ki, bu ilin may ayından etibarən şirkət mobil telefon istehlakçılarına Azərbaycan mobil telefon bazarı üçün yeni bir brendi, “Phililps” mobil telefonlarını satışa çıxardı. “Philips” brendi məişət texnikası bazarında artıq öz sözünü demiş bir marka olduğundan “Philips” mobil telefonları da qısa bir zaman ərzində müştəri rəğbətini qazana bilib.
Cari ilin 6 ayı ərzində “Philips” telefonlarının 10-dan çox modeli müştərilərə təqdim olunub ki, bunlar da alıcılar tərəfindən böyük maraqla qarşılanıb. “Philips” telefonlarının əsas üstünlüyü onların uzun müddət enerjiyə qənaət etməsidir. Bu seriyadan olan telefonları müştərilər 1 həftə ərzində belə enerji yükləmədən istifadə edə bilərlər.
RƏVAN
17/09/12 Çap et