Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Günəş batareyaları həmişə günəşə doğru “baxacaq”


Amerikalı mütəxəssislər günəş elektrik stansiyaları üçün yeni “QBotix Tracking System” avtomatlaşdırılmış sistemini hazırlayıblar. Onun əsas vəzifəsi günəş batareyalarını elə  döndərməkdir ki, onlar həmişə düz günəşə doğru “baxsınlar” (istiqamətlənsinlər).

“ICTnews.az” elektron xəbər xidməti “pitbit.ru” saytına istinadən bildirir ki, sistemin fəaliyyəti kifayət qədər sadədir: xüsusi “Solbot R-200” miniatür robotu günəş batareyalarının yanında salınmış relslə hərəkət edərək hər günəş batareyasını növbə ilə döndərir. Belə sadə sistem günəş enerjisinin toplanılmasının səmərəliliyini 40 faizədək artırmağa imkan verir.

Sistem ABŞ-ın Kaliforniya ştatında yerləşən Menlo Park şəhərində keçirilmiş sınaqlarda səmərəliliyini sübut edib.

EMİL





17/09/12    Çap et