Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İtaliyada "qəbiristanlıq naviqatoru" yaradılıb


Molize Universitetində çalışan italiyalı alimlər ona diqqət yetiriblər ki, böyük qəbiristanlıqlarda konkret qəbri tapmaq kifayət qədər çətindir. “Easy Grave” adlı xüsusi proqram (qəbiristanlıqlar üçün naviqator) bu problemin həllində yardımçı olmalıdır.

“ICTnews.az” elektron xəbər xidməti “pitbit.ru” saytına istinadən bildirir ki, yeni naviqator ənənəvi naviqatorların prinsipi üzrə işləyir. Yeganə fərq ondan ibarətdir ki, şəhər və ayrıca rayon  xəritəsinin əvəzinə istifadəçiyə qəbiristanlığın sxemi göstərilir. Xüsusi axtarış sistemi konkret məzarı və ona olan ən qısa yolu tapmağa imkan verir.

Hazırda “Easy Grave” proqramının yalnız kompyuterlər üçün versiyası mövcuddur, lakin italiyalı istehsalçılar artıq onun mobil versiyası üzərində işləyirlər.



EMİL





17/09/12    Çap et