Metropolitendə yeni qrafik üzrə qatarların hərəkət cədvəli “metro.gov.az” saytının xüsusi banner-bölməsində dərc olunub
Sentyabrın 17-dən Bakı Metropolitenində qatarların payız qrafiki üzrə hərəkətinə keçilib. Yeni qrafikə əsasən, "Həzi Aslanov" stansiyasından "28 May" stansiyasına qədər və əks istiqamətdə, qatarlar arasında interval gur saatlarda 2 dəqiqədir. "28 May" stansiyasından "İçərişəhər" və "Dərnəgül" stansiyaları istiqamətində hərəkət edən qatarlarda bu müddət iki dəfə artıq - 4 dəqiqəyə bərabərdir.
"ICTnews" elektron xəbər xidmətinə bu barədə Bakı Metropolitenindən məlumat verilib. Qurumdan bildirilib ki, günün digər vaxtlarında qatarlar "Həzi Aslanov" stansiyasından "28 May" stansiyasına qədər və əks istiqamətdə, sərnişin sıxlığından asılı olaraq, 2,5-3 dəqiqə intervalla hərəkət edir.
Həmin vaxtlarda "İçərişəhər" və "Dərnəgül" stansiyaları istiqamətində və əksinə hərəkət edən qatarlar arasında interval iki dəqiqə artıq, yəni 5-6 dəqiqə təşkil edir. "Həzi Aslanov" stansiyasından hərəkət edən qatarlarda interval müddəti yalnız "Bakmil-N.Nərimanov" yol mənzili istiqamətində qatarların hərəkəti zamanı daha çox olur: "Bu, həmin qatarların metropoliten xətlərinin vahid hərəkət cədvəlinə uyğun olaraq tətbiq edilir.
Yeni qrafikin müddəti 2013-cü il ilin iyul ayına qədərdir. Sərnişinlərin marağını nəzərə alaraq, "Nərimanov" stansiyasından "Bakmil" stansiyasına və əks istiqamətdə, yeni qrafik üzrə qatarların hərəkət cədvəli "
metro.gov.az" saytının xüsusi banner-bölməsində dərc olunur. Sərnişinlər hər hansısa stansiyadan qatarların "Bakmil" stansiyası istiqamətində hərəkət vaxtını müəyyənləşdirmək üçün saytımızda (
metro.gov.az) xüsusi banner-bölmədə yerləşdirilmiş interaktiv xəritədən istifadə etməklə müəyyən edə bilərlər".
HƏQİQƏT