Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Azercell” “Facebook” səhifəsindəki “7 günə 7 hədiyyə” adlı müsabiqənin qaliblərini mükafatlandırdı
"Azercell Telekom" MMC "Facebook"dakı fanları arasında müsabiqənin nəticələrini açıqlayıb.
"7 günə 7 hədiyyə" müsabiqəsinin qaliblərinə mükafatlar təqdim olunub.
Qaliblər "Music Gallery" mağazalar şəbəkəsinə 100 AZN məbləğində alış-veriş kuponu qazanıblar.
Qeyd edək ki, "7 günə 7 hədiyyə" müsabiqəsi sentyabrın 6-12-də "Azercell"in "Facebook"dakı rəsmi səhifəsində keçirilib. Bu müddət ərzində səhifənin əsas lövhəsində hər gün bir sual təqdim olunub.
Çoxsaylı istəkləri nəzərə alaraq, müsabiqədə həm mobil telefondan, həm də kompyuterdən daxil olanlar iştirak ediblər.
Hər gün sualın doğru və dəqiq cavabını ilk yazan şəxs qalib elan edilib. 7 gün ərzində səhifədə cəmi 7 sual yerləşdirilib və müvafiq olaraq 7 qalib elan olunub.
18/09/12 Çap et