Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“AzEduNet”dən yeni “Təhsil üçün Təhlükəsiz İnternet”


“AzEduNet” şirkəti yeni “Təhsil üçün Təhlükəsiz İnternet” xidmətini təklif edir. Bu xidmət sayəsində uşaqlar üçün filtrasiyadan keçmiş internetə çıxış təmin olunur. Filtrasiyanın əsas kateqoriyaları pornoqrafiya, əxlaqsız leksika,  zorakılıq, ekstremizm və digər istiqamətlərdən ibarətdir. “ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu barədə şirkətin məlumatında deyilir.

 Şirkət tərəfindən təqdim olunan ADSL internet xidmətindən istifadə üçün aylıq abunə haqqı kanal sürətindən asılı olaraq minimum 10 manatdan (1Mbit/s) maksimum 40 manatadək (8Mbit/s) təşkil edir. “AzEduNet”in simsiz internet xidməti də istifadəçilərin ixtiyarındadır. Bu xidmətdən aylıq istifadənin dəyəri 25 manatdır.






CAHANGİR





18/09/12    Çap et