Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Gələn ay Sumqayıtda Kimya Texnoloji Parkının təməli qoyulacaq


Cari ilin oktyabrında Sumqayıtda Kimya Texnoloji Parkının təməlqoyma mərasimi keçiriləcək. Bu barədə  Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən verilən məlumatda bildirilir. Məlumatda qeyd olunur ki, bu parkda “Azərikimya”nın istehsal etdiyi məhsullardan xammal kimi istifadə edən müəssisələr çalışacaq və məhsul istehsal edəcəklər.

Burada xüsusi iqtisadi zona yaradılacaq. İndiyədək Azərbaycanda istehsal olunmayan məhsulların istehsalını təşkil edən şirkətlərə bu parkda daha çox üstünlük veriləcək.

Bundan başqa  “Azərikimya”da yeni texnologiya əsasında  etilen-propilen qurğusunun qurulması nəzərdə tutulub. Kanada texnologiyası ilə qurulan bu qurğu təxminən 80-100 milyon manata başa gələcəkdir. Bu, həm məhsul istehsalını artırmağa imkan verəcək, həm də qurğuda polipropilen buraxılacaq ki, daha çox şirkət bundan xammal kimi istifadə edəcəkdir.


RƏVAN





18/09/12    Çap et