Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

2012-ci ildə planşetlərin satış həcmi 126,6 milyon təşkil edəcək


“IHS iSuppli” tədqiqat şirkətinin hesablamasına görə, 2012-ci ildə  planşetlərin satış həcmi 126,6 milyonu ötəcək. Tədqiqat şirkətindən verilən məlumata görə, 2011-ci ildə 82,1 milyon planşet satılmışdı. Beləliklə, 1 il ərzində bu bazarda artım 56 faiz təşkil edəcək.

“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, "Planşetlər kompyuter bazarında əsas trendə çevrilir" – “IHS" şirkətinin analitiki Vanita Yakxanval bildirib. "9 düymlü planşet bazarında hazırda ‘iPad’ planşeti liderdir və 2012-ci ildə tədarüklərin böyük qismi onun payına düşəcək, lakin 7 düymlü ekranlı planşetlər bazarı daha sürətli inkişaf edəcək".





 
EMİL





18/09/12    Çap et