Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Gəncədə internetin təminatında heç bir problem yaranmayıb
Gəncədə internetin təminatında heç bir problem yaranmayıb. Bu barədə “İCTnews” elektron xəbər xidmətinə “Aztelekom” İB-nin baş direktorunun 1-ci müavini, texniki direktor Zahir Vəliyev məlumat verib.
O, bu barədə bəzi kütləvi informasiya vasitələrində gedən məlumatı qəti şəkildə təkzib edərək Gəncədə telekommunikasiya şəbəkəsinin NGN texnologiyası əsasında tamamilə yenidən qurulduğunu və birləşdirici xətlərin optikləşdirildiyini dedi.
Qeyd edək ki, bəzi kütləvi informasiya vasitələrinin yaydığı məlumata görə, Gəncədə “Transevrocom” provayderinin abunəçilərinin böyük əksəriyyətinin sürətli internetə qoşulmasında problem olduğu qeyd edilib.
Onu da xatırladaq ki, Gəncədə “Aztelekom”, “Orbit”, “Azeronline”, “Data+”, “Transeurocom”, “Smart”, “Azdatacom” və s. provayderlər bərabər şəkildə fəaliyyət göstərir, onların fəaliyyətlərinin daha da genişləndirilməsi üçün istənilən şərait var.
RƏVAN
18/09/12 Çap et