Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Sony” virtual aləmdə oyun layihələriylə məşğul olacaq


“Sony”-dən yeni “3D” şlem virtual reallıqda oyunların yaradılması üçün istifadə olunacaq. Bu barədə “Develop” portalına müsahibədə “Sony Computer Entertainment Worldwide Studios”-un baş direktoru Mik Xokinq danışıb. Qeyd edək ki, “3D”-yə yüksək keyfiyyətdə baxmaq üçün hazırlanmış qurğu ilk dəfə ilin əvvəlində “CES-2011” sərgisində nümayiş etdirilib.
Xokinq hal-hazırda bu qurğunu yalnız təsvirlərə baxmaq üçün istifadə etmək mümkün olduğunu təsdiq edib. Xokinqin sözlərinə görə, indi şirkət şlemin imkanlarından virtual aləmdə yeni layihələrin yaradılması üçün necə istifadə etməyi öyrənir. Yeni şlemdə kristal işıq diodlarda iki ekran istifadə olunur ki, bu da yüksəkkeyfiyyətli, üçölçülü təsvir almağa icazə verir. Qurğunun rəsmi adı hələ məlum deyil. Qurğunun satışa nə vaxt çıxacağı və qiymətinin nə qədər olacağı bilinmir.


lenta.ru




19/07/11    Çap et