Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Seymur Orucov: «Gənclərimiz sosial şəbəkələrdə daim fəal olmağa çalışır»


«Yeni Azərbaycan Partiyasının Gəncləri Birliyi olaraq daim sosial şəbəkələrdə fəal olmağa çalışırıq». “ICTnews.az” elektron xəbər xidmətinin məlumatına görə, bu fikirləri YAP Gənclər Birliyinin sədri Seymur Orucov adıçəkilən partiyanın rəsmi saytına verdiyi açıqlamasında söyləyib. O deyib ki, radikal müxalifət partiyaları, ölkəmizin inkişafını istəməyən qüvvələr sosial şəbəkələr vasitəsilə Azərbaycan haqqında mənfi rəy formalaşdırmağa çalışırlar.

S.Orucovun sözlərinə görə, müxalifət düşərgəsi sosial şəbəkələrdə müəyyən qruplar yaradaraq özlərinin həqiqətdən kənar fikirlərini yaymağa çalışırlar: «Təbii ki, biz bu prosesdə seyrçi ola bilmərik. Ona görə də elə onların yaratdığı qruplarda qarşı tərəfə tutarlı cavab veririk».

S.Orucov bildirib ki, YAP-da təmsil olunan gənclər sosial şəbəkələrdə, xüsusilə «Facebook»da qruplar yaradıblar: «Onların sırasında «Azərbaycan 2013: QƏLƏBƏ» qrupu artıq böyük rəğbətlə qarşılanır. Belə ki, bu qrupda ən müxtəlif məsələlər haqda fikirlər bildirilir, Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasət təbliğ olunur. Eyni zamanda, ölkəmizin inkişafını əks etdirən bütün məsələlər haqda münasibət açıqlanır. Bir sözlə, bu qrupda birləşən minlərlə insan çox fəallıq göstərir ki, bu da qarşı tərəfin əsassız iddialarına tutarlı cavab verilməsində vacib rol oynayır».

SEYMUR





18/09/12    Çap et