Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda valideynlər tədris prosesini uzaqdan müşahidə edə biləcəklər


Təhsil şəbəkəsinə (AzEduNet) qoşulmuş tədris müəssisələrinin şagirdlərinin valideynləri tezliklə siniflərdə quraşdırılan videokameralara birbaşa çıxış əldə edərək tədris prosesini müşahidə etmək imkanına malik olacaqlar.

AzEduNet-in tezliklə reallaşdırmağı planlaşdırdığı layihənin təşəbbüskarı təhsil müəssisələri və ibtidai sinif şagirdlərinin valideynləridir.

Şəbəkə  lazımi müdafiə səviyyəsini təmin etməyə qadirdir və onun strukturu yeni xidmətləri asanlıqla tətbiq etməyə imkan verir. Bundan başqa, yaxın vaxtlarda valideynlərin öz uşaqlarını müşahidə edə bilmələri üçün təhsil şəbəkəsindən məktəblərdə quraşdırılan kameralara çıxışı təşkil edə bilər. Layihə pilot rejimdə işə salınacaq. Hazırda müxtəlif növ texniki proqramları seçilir və sınaqdan keçirilir. Bu layihə müəllimlərin tədris səviyyəsinin artırılmasına yardım edəcək və üzvlərinin öz işlərinə daha məsuliyyətli yanaşmaları üçün müəllim heyətinə əlavə dəlil kimi xidmət göstərəcək.

Layihə habelə təhsil müəssisəsinin direktoru tərəfindən video-müşahidə sisteminə çıxışın verilməsini nəzərdə tutur. Yəni direktor, məsələn, bazar günü, yaxud məzuniyyətdə və ya ezamiyyətdə olarkən videokamera vasitəsilə məktəbdə baş verənləri müşahidə edə bilər





19/09/12    Çap et