Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Twitter” “iPad” və smartfonlar üçün mobil tətbiqlərini yeniləyib


“Twitter” mikrobloqlar xidməti “iPad” planşet kompyuteri, həmçinin “Android” platforması ilə işləyən smartfon və “iPhone” üçün nəzərdə tutulmuş mobil tətbiqlərini yeniləyib.

“Twitter”in rəsmi bloqunda yazılmış məlumata əsasən, “iPad” üçün mobil tətbiq tamamilə yenidən hazırlanıb. Buna səbəb onun iş sürətinin artırılması və istifadəsinin sadələşdirilməsi olub.Qeyd edək ki, “Twitter” mikrobloqlar xidmətinin aktiv auditoriyası 200 milyondan çoxdur.








EMİL





19/09/12    Çap et