Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Toshiba” evin avtonom elektrik enerjisi ilə təchiz edilməsi üçün həll hazırlayıb


Yaponiyanın “Toshiba” şirkəti ev və ofisdə elektrik enerjisinin gözlənilməz anda kəsilməsi ilə mübarizə aparmaq üçün şəxsi həllini təklif edib. Şirkətdən verilən məlumata əsasən, yeni avtonom elektrik enerjisi ilə təchizetmə sistemi ev və işçi yerin avtomatlaşdırılması üçün "ağıllı" məhsullar kateqoriyasına aiddir və gün ərzində bütün əsas elektrik sistemlərini elektrik enerjisi ilə təchiz etmək iqtidarındadır.

“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, yeni avtonom elektrik enerjisi ilə təchizetmə sistemi – bu, “Toshiba” şirkəti və onun filialı “Toshiba Lightning and Technology” bölməsinin birgə hazırlamasıdır. Yeni sistem “eneGoon” ticarət markası altında satılacaq.

“Toshiba” şirkətindən verilən məlumata görə, “eneGoon” batareyaları 12 saat ərzində 100 vatlıq işıqlandırmanı, 160 vatlıq soyuducunu, 150 vatlıq televizoru və 30 vatlıq noutbuku avtonom elektrik enerjisi ilə təchiz edə bilər. Əgər bunlar hamısı növbə ilə qoşulsa, o zaman avtonom iş vaxtı artır. “EneGoon” akkumulyatorlarının tam enerji toplamasına təxminən 5 saat vaxt sərf olunur.Yaponiyada qurğu noyabrda satışa çıxarılacaq, qiyməti haqqında məlumat verilməyib.


EMİL





19/09/12    Çap et