Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

NDU-nun yeni tədris korpusu informasiya-kommunikasiya vasitələri ilə təchiz olunub


2012-2013-cü tədris ilinin başlanması münasibətilə Naxçıvan Dövlət Universitetinin Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin və Pedaqoji fakültənin yerləşdiyi yeni tədris korpusu istifadəyə verilib. Yeni tədris binasında fakültələr üçün 64 tədris auditoriyası və mühazirə zalları, 2 dekanlıq və müəllimlər otağı, 8 kafedra, 2 kompyuter sinfi, tədris və elmi-tədqiqat yönlü 12 laboratoriya, yüksək tədris şəraiti yaradılmış müxtəlif fənn kabinələri, 7 elektron lövhə və 9 proyektorun yerləşdiyi elektron lövhə otaqları, muzeylər yaradılıb. "ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, bu barədə universitetin məlumatında deyilir.

Tədris prosesində informasiya-kommunikasiya vasitələrindən səmərəli istifadə məqsədilə burada kompyuter sinifləri istifadəyə verilib, ümumilikdə 25 kompyuter dəsti quraşdırılıb. Kompyuterlərin hər biri internet şəbəkəsinə qoşulub, lokal informasiya mübadiləsindən istifadə imkanına malikdir.




CAHANGİR





19/09/12    Çap et