Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Almaniya hökuməti vətəndaşlarını “İnternet Explorer” brauzerindən imtina etməyə çağırır


“Microsoft” şirkətinin “İnternet Explorer” brauzeri hakerlərə istifadəçilərin kompyuterlərinə hücum etməyə imkan yaradır. Almaniyada, hətta problemdən narahat olan hökumət ölkə vətəndaşlarına saytlara baxmaq üçün digər brauzerlərdən istifadə etməyi tövsiyə edib.

“ICTnews.az” elektron xəbər xidməti “vesti.ru” saytına istinadən bildirir ki, kompyuterin “sındırılması” üçün istifadəçini sayta cəlb etmək kifayət idi və ziyanverici proqram istifadəçinin kompyuterinə avtomatik quraşdırılırdı.

Buna görə Almaniya Federativ Respublikasının (AFR) İnformasiya Təhlükəsizliyi üzrə  Federal Bürosu istifadəçilərə müvəqqəti olaraq “İnternet Explorer” (İE) brauzerindən imtina etməyi və digər brauzerlərdən istifadəni tövsiyə edib.



 
EMİL





19/09/12    Çap et