Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Elektron daşıyıcılarında dini təyinatlı ədəbiyyatın markalanmadan satışı qadağan edildi
Vergi Məcəlləsinin bəzi maddələrində dəyişikliklər edilib. “ICTnews.az” elektron xəbər xidmətinin məlumatına görə, bu barədə Vergilər Nazirliyi Analitik informasiya şöbəsi informasiya yayıb. Məlumatda bildirilir ki, dəyişikliklərə əsasən, vergi orqanları tərəfindən kağız və elektron daşıyıcılarında dini təyinatlı ədəbiyyatın, audio və videomaterialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat xarakterli materialların markalanmadan satışının həyata keçirilməsi aşkar edildikdə, onları siyahıya almaq və məsul saxlamaya qoymaq vergi orqanlarının hüquqlarına aid edilib.
Nazirlik bildirir ki, Vergi Məcəlləsinə edilən digər dəyişikliklərə görə isə kağız və elektron daşıyıcılarında dini təyinatlı ədəbiyyatın, audio və videomaterialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat xarakterli materialların markalanmadan və ya saxta aksiz markaları ilə markalanmaqla satılması, satış məqsədi ilə saxlanılması və ya istehsal binasının hüdudlarından kənara çıxarılması faktlarının aşkar edilməsi vergi orqanları tərəfindən həyata keçirilən operativ vergi nəzarəti formaları sırasına daxil edilib.
Bundan başqa “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikası Qanunu”na edilən əlavələrə əsasən, dərman vasitələri, audiovizual əsərin, fonoqramın, kompyuter proqramının, məlumat toplusunun, kitabın nüsxələri və digər müəlliflik və əlaqəli hüquq obyektlərinin, dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və videomaterialların, mal və məlumatların və dini məzmunlu başqa məlumat materiallarının nəzarət markası ilə markalanması tələb olunacaq.
SEYMUR
19/09/12 Çap et