Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Oracle” sosial proqram təminatı istehsalçısını satın alıb


“Oracle” şirkətdə heyətlə işləmək üçün sosial proqram təminatının istehsalçısı “SelectMinds” şirkətini satın alması haqqında elan verib. “SelectMinds” şirkətinin satın alınması üzrə bağlanmış sazişin şərtləri açıqlanmır.

“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, “SelectMinds” şirkətinin proqram təminatı təşkilatlara sosial şəbəkə və işə qəbul meydançaları kimi müxtəlif media-kanallar vasitəsilə ən səmərəli və istedadlı işçiləri axtarmağa imkan yaradır. “SelectMinds”-in məhsulları yalnız “Facebook” və “Twitter” ilə deyil, həmçinin bir sıra ixtisaslaşdırılmış kadr meydançası ilə işləyir.






EMİL





19/09/12    Çap et