Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“HTC” şirkəti “Windows Phone 8” platformasında işləyən iki telefon təqdim edib


“HTC” şirkəti “Windows Phone 8” platformasında işləyən iki smartfon təqdim edib. Aparatlar “Windows Phone 8X” və “Windows Phone 8S” adlandırılıb.

“ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, “WP8X” 1.5 QHs takt tezliyində işləyən ikinüvəli prosessor və 4,3 düymlü ekran ilə təchiz olunub. Ekranın təsvir ölçüsü 1280x720 nöqtə təşkil edir. Aparat 1 QB əməli yaddaş və 16 qiqabayt daxili yaddaş ilə təchiz olunub.

Smartfon iki kamera (arxa paneldə 8 meqapikselli və ön hissədə 2,1 meqapikselli) ilə təchiz olunub. Hər iki kamera “1080p” təsvir ölçüsündə video çəkə bilir. "Kamera" tətbiqi smartfonun korpusundakı xüsusi düymə sıxmaqla işə salınır.

“WP8S” aparatı ikinüvəli 1 qiqaherslik prosessor və 800x480 nöqtə təsvir ölçülü 4 düymlü ekranla təchiz edilib. Əməli yaddaş tutumu 512 meqabayt təşkil edir və 4 QB daxili yaddaşla təchiz olunub. Smartfona 5 meqapikselli kamera quraşdırılıb.

“WP8X” smartfonunun korpusunun qalınlığı 10,12 millimetr, “WP8S”-də 10,28 millimetr təşkil edir. Birinci qurğunun çəkisi 130 qram, ikincidə isə 113 qram təşkil edir. “WP8X” smartfonu “NFC” simsiz rabitə moduluna malikdir və “Beats Audio” texnologiyasını dəstəkləyir.Hər iki qurğu noyabrın əvvəlində satışa çıxarılacaq. Qiyməti haqqında məlumat yoxdur.
 
EMİL





20/09/12    Çap et