Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Google” displey reklam bazarının həcminə görə “Facebook”u ötəcək
“EMarketer” şirkətinin analitikləri bildiriblər ki, 2012-ci ilin nəticəsinə görə, “Google” korporasiyası ABŞ-ın displey reklam bazarında 2,31 milyard dollar qazanacaq və bu göstərici üzrə rəqiblərini üstələyəcək.
“ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, 2012-ci ildə “Google” bazarın 15,4 faizinə sahiblənəcək. “Facebook” sosial şəbəkəsinin payı yalnız 14 faiz təşkil edəcək. “Yahoo!”-nun bazar payı 9,3 faizədək azalacaq.
Gələcəkdə “Facebook” və “Google” şirkətlərinin payı artacaq, “Yahoo!” şirkətinin payı isə əksinə, azalacaq. “EMarketer” şirkətinin hesablamalarına görə, 2014-cü ilədək axtarış sisteminin payı 21,2 faiz, sosial şəbəkənin payı 15,5 faiz təşkil edəcək.
“Agence France-Presse” qeyd edib ki, əgər agentliyin proqnozları düz olsa, o zaman “Google” internet-reklamın bütün seqmentlərində (axtarış, displey və mobil) lider olacaq.
EMİL
20/09/12 Çap et